Press "Enter" to skip to content

“Elm və təhsilə birgə baxış” layihəsi çərçivəsində universitetlərdə görüşlər

“Elm və təhsilə birgə baxış” layihəsi çərçivəsində universitetlərdə görüşlər

BAYRAQDAR MEDİA – Elm və Təhsil Nazirliyinin (ETN) Elm, ali və peşə təhsili şöbəsi tərəfindən həyata keçirilən “Elm və təhsilə birgə baxış” layihəsi çərçivəsində ali təhsil müəssisələrində strateji görüşlər təşkil edilir.

Bu haqda xəbər BAYRAQDAR MEDİA-ya ETN-in mətbuat xidmətindən daxil olub.

Xəbərdə bildirilir ki, “ali təhsilin inkişafı və keyfiyyətinin yüksəldilməsi məqsədilə həyata keçirilən bu layihə çərçivəsində ali təhsil müəssisələrində təşkil edilən görüşlərdə sözügedən təhsil sahəsində aktual məsələlər müzakirə edilir, qarşılıqlı əməkdaşlıq imkanları qiymətləndirilir. Layihə çərçivəsində Azərbaycan Texniki Universitetində (AzTU) və Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) görüşlər təşkil olunub. Görüşlərdə hər iki universitetin rəhbərliyi, professor-müəllim heyəti və ETN-in müvafiq şöbəsinin nümayəndələri iştirak ediblər. Görüşlər zamanı ali təhsilin hazırkı vəziyyəti, universitetlərdə tədrisin təşkili və müəllim heyətinin inkişaf ehtiyacları üzrə geniş fikir mübadiləsi aparılıb. Görüş iştirakçıları tərəfindən ünvanlanan çoxsaylı suallar nazirlik nümayəndələri tərəfindən cavablandırılıb, irəli sürülən təkliflərin hüquqi-normativ bazanın təkmilləşdirilməsində nəzərə alınacağı bildirilib”.

Görüş iştirakçıları belə əməkdaşlıq platformalarının ali təhsilin keyfiyyətinin yüksəldilməsinə əhəmiyyətli töhfə verəcəyinə ümidvar olduqlarını ifadə ediblər.

Qeyd edək ki, sözügedən görüşlər digər ali təhsil müəssisələrində də təşkil ediləcək.

İlk şərhi yaza bilərsiniz

Lütfən, buyurub bir şərh yaza bilərsiniz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Mission News Theme by Compete Themes.