BAYRAÜDAR MEDİA – Eskişehirin Seyitgazi Bələdiyyəsində bir yenilik yaşanır. Bələdiyyə başçısı Uğur Tepe elan edib ki, bazar günləri Kırka məhəlləsində, bazar ertəsi isə ilçə mərkəzində qurulan xalq bazarlarına pulsuz servis xidməti göstəriləcək.
Bu barədə eskisehir.net saytı məlumat yayıb.
Bildirilib ki, “servislərin marşrutları və saatları barədə məlumatlar paylaşılacaq, eyni zamanda məhəllə muxtarları vasitəsilə də sakinlərə xəbər veriləcək”.





