BAYRAQDAR MEDİA – Mayın 22-də 20 yaşlı şəxs (kişi cinsli) ilan sancması səbəbi ilə Qax rayonundan kəskin ağır vəziyyətdə Kliniki Tibbi Mərkəzin (KTM) Toksikologiya şöbəsinə hospitalixasiya olunub.
Bu haqda xəbər BAYRAQDAR MEDİA-ya KTM-in mətbaut xidmətindən daxil olub.
Xəbərdə qeyd edilir ki, “xəstəyə ilan zəhəri ilə zəhərlənmə, ekzotoksik şok diaqnozları qoyulub. Dərhal zəruri müalicə prosedurları başladılıb, ilan zəhəri əleyhinə zərdab vurulub. Həyat əlamətləri kifayət qədər aşağı olan xəstəyə Toksikologiya şöbəsinin müdiri Azər Maqsudov, həkim-toksikoloqlar İnarə Ağabalayeva və Lalə İsgəndərova tərəfindən intensiv müalicə tədbirləri görülüb. Nəticədə xəstənin səhhətində müsbət dinamika müşahidə edilib. Hazırda pasiyentin vəziyyəti stabildir və həyati təhlükəsi geridə qalıb”.
Qeyd edək ki, Toksikologiya şöbəsində müalicəsi davam etdirilən pasiyentin yaxın günlərdə ambulator müalicə üçün evə buraxılması planlaşdırılır.
İlk şərhi yaza bilərsiniz