Press "Enter" to skip to content

Laçında “MDB-nin mədəniyyət paytaxtı – 2025” ilinin rəsmi açılışı olacaq

Laçında “MDB-nin mədəniyyət paytaxtı – 2025” ilinin rəsmi açılışı olacaq

BAYRAQDAR MEDİA – Mədəniyyət Nazirliyi və Laçın rayonunda Prezidentin xüsusi nümayəndəliyinin təşkilatçılığı ilə 2-4 iyun tarixlərində Laçın şəhərində “MDB-nin mədəniyyət paytaxtı – 2025” ilinin rəsmi açılış mərasimi keçiriləcək.

Bu haqda xəbər BAYRAQDAR MEDİA-ya sözügedən Nazirliyin mətbuat xidmətindən daxil olub.

Xəbərdə deyilir ki, “bu münasibətlə Azərbaycandan və Müstəqil Dövlətlər Birliyinə (MDB) digər üzv ölkələrdən rəsmilər, incəsənət nümayəndələri, bədii kollektivlər və media mənsubları iyunun 2-də Laçın şəhərinə səfər ediblər. MDB Humanitar Əməkdaşlıq Şurasının 2024-cü ilin 8 oktyabr tarixli qərarına əsasən, Azərbaycanın Şərqi Zəngəzur bölgəsinin Laçın şəhəri 2025-ci ildə “MDB-nin mədəniyyət paytaxtı” elan olunub”.

İlk şərhi yaza bilərsiniz

Lütfən, buyurub bir şərh yaza bilərsiniz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Mission News Theme by Compete Themes.