Press "Enter" to skip to content

Neft-qazın mühüm rolu gələcəkdə də davam edəcək

Pərviz Şahbazov: Alternativ enerji mənbələri mövcud mənbələri əvəz etmir, sadəcə onları tamamlayır

BAYRAQDAR MEDİA – “Alternativ enerji mənbələri mövcud mənbələri əvəz etmir, sadəcə onları tamamlayır”.

Bunu energetika naziri Pərviz Şahbazov Bakı Enerji Həftəsi çərçivəsində keçirilən 30-cu Yubiley Bakı Enerji Forumunda “Dayanıqlı və davamlı enerji gələcəyi naminə qlobal əməkdaşlıq” mövzusunda plenar sessiyada çıxışında deyib.

Nazir bildirib ki, “neft-qazın mühüm rolunun gələcəkdə də davam edəcəyini nəzərə alaraq, bu sahənin maliyyələşdirilməsi təxirə salınmamalı, enerji mənbələri, resursları, ticarət yolları və təchizat zəncirlərinin diversifikasiyası daim prioritet saxlanmalıdır. İndi,investorlar üçün aydınlıq və proqnozlaşdırıla bilənlik təmin edən real və praqmatik siyasətlərin həyata keçirilməsi üçün ən münasib zamandır”.

Azərbaycanın “yaşıl enerji” vasitəsilə Xəzərin enerji mərkəzi kimi inkişafında tamamilə yeni bir strateji səhifə açdığını deyən energetika naziri növbəti iki il ərzində 10 günəş və külək elektrik stansiyasının istismara verilməsi ilə bərpa olunan enerjinin inkişafının birinci mərhələsinin tamamlanacağını qeyd edib. Bu çərçivədə bu il 240 MVt gücündə külək elektrik stansiyasının istifadəyə veriləcəyi, 200 MVt gücündə üç günəş stansiyasının tikintisinə başlanacağı bildirilib.

İlk şərhi yaza bilərsiniz

Lütfən, buyurub bir şərh yaza bilərsiniz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Mission News Theme by Compete Themes.