BAYRAQDAR MEDİA – Iğdırın bərəkətli torpaqları, Ağrı Dağının möhtəşəm ətəklərində bu dəfə qızılgül yığımına ev sahibliyi edir. Məlumata görə, bölgənin unikal coğrafiyasında yetişən qızıl güllər, xüsusilə Avos Organics markası altında tibbi və aromatik bitki yağlarına, eləcə də müxtəlif kosmetik məhsullara çevrilərək Iğdırın adını dünyaya tanıdır.
Bu barədə igdirhaber.net saytı məlumat yayıb.
Bildirilib ki, “Qızılgül təkcə estetik gözəlliyi ilə deyil, eyni zamanda tərkibindəki zəngin maddələrlə də böyük əhəmiyyət daşıyır. Əsasən tibbi və aromatik bitki yağları ilə yanaşı, kosmetik sənayedə istifadə olunan bir çox məhsulun əsas tərkibini təşkil edir. Iğdırın iqlimi və torpaq quruluşu qızıl güllərin ən məhsuldar şəkildə yetişməsi üçün ideal şərait yaradır”.
Ağrı Dağı ətəklərindən yüksələn qızılgül ətri Iğdırın təbii gözəllikləri ilə birlikdə bütün dünyaya yayılmağa davam edir.
İlk şərhi yaza bilərsiniz