BAYRAQDAR MEDİA – Iç Anadolu bölgəsinin doğusunda və Qara dəniz bölgəsinin güneyində görülən gənələr və gənə mənşəli ölümcül xəstəliklər beynəlxalq araşdırma mövzusuna çevrilib. Türk və yapon alimlər bölgədə birgə sahə araşdırmasına başlayıblar.
Bu barədə yozgathabergazete.com saytı məlumat yayıb.
Məlumata görə, yaz aylarının gəlməsi ilə gənə populyasiyasında artım baş verib: “Kənd ərazilərində insanlara gənə yapışması halları çoxalıb. İnsan və heyvanlara yapışan gənələrdən bir çox gənə mənşəli xəstəliklərin yoluxduğu məlumdur. Türkiyədə ilk dəfə 2002-ci ildə qeydə alınan, 2010-cu ildən etibarən Sivas, Tokat, Erzincan, Giresun, Yozgat və Amasyada ölümə səbəb olan Krım-Kongo Qanamalı Qızdırması (KKQ) bu xəstəliklər arasında ən önəmlilərindəndir”.
Məlumata görə, Səhiyyə Nazirliyi, Tokio Universiteti, Egey Universiteti və Tokat Qaziosmanpaşa Universitetinin əməkdaşlığı ilə həyata keçirilən layihədə bölgədə yayğın olan gənə növlərinin müəyyənləşdirilməsi istiqamətində araşdırmalar aparılıb: “Yapon və türk akademiklərdən və Səhiyyə Nazirliyinin mütəxəssislərindən ibarət heyət Tokat və Sivasda müxtəlif kəndlərə gedərək heyvanların üzərində və ərazidə olan gənələri toplayıblar”.
İlk şərhi yaza bilərsiniz