Press "Enter" to skip to content

Yozgatda heyranedici dəfilə

Dəfilə zamanı

BAYRAQDAR MEDİA – Yozgatın Sorqun rayonuna bağlı Bahadın qəsəbəsində Xalq Təhsil Mərkəzi tərəfindən açılan tikiş kursuna qatılan ev xanımları həm peşə sahibi olub, həm də tikdikləri geyimləri ilk dəfə təşkil edilən dəfilədə nümayiş etdiriblər. Bahadın Qadın İstihdam Mərkəzində təxminən beş ay əvvəl başlayan tikiş kursu ilsonu sərgisi və dəfilə tədbiri ilə yekunlaşıb.

Bu barədə yozgathabergazete.com saytı məlumat yayıb.

Məlumata görə, kurs müddətində öyrəndikləri ilə bir-birindən zərif geyimlər tikən iştirakçılar öz dizaynlarını nümayiş etdirməyin həyəcanını yaşayıblar: “Əllə tikilən geyimlərini geyərək podiuma çıxan ev xanımlarının dəfiləsi tamaşaçılardan böyük alqış alıb”.

İlk şərhi yaza bilərsiniz

Lütfən, buyurub bir şərh yaza bilərsiniz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Mission News Theme by Compete Themes.