BAYRAQDAR MEDİA – 2025-ci ilin yanvar-may ayları ərzində Dövlət Sosial Müdafiə Fondunun fəaliyyət istiqamətləri üzrə ümumilikdə 214 min 12 vətəndaş müraciəti qeydə alınıb.
Bu barədə BAYRAQDAR MEDİA-ya Dövlət Sosial Müdafiə Fondundan məlumat verilib.
Bildirilib ki, “müraciətlərdən 87 585-i pensiya, 52 669-u müavinət, 7 698-i Prezident təqaüdü, 42 919-u ünvanlı dövlət sosial yardımı, 5 351-i fərdi uçot və sosial sığorta, 866-sı dövlət icbari şəxsi sığorta və 16 924-ü isə digər istiqamətlərlə bağlı olub.
İlk şərhi yaza bilərsiniz