BAYRAQDAR MEDİA – Antalyada turizm mövsümünün başlaması ilə çimərliklərdə keşik çəkərək asayişi təmin edən atlı polis dəstələri vətəndaşların və turistlərin böyük marağı ilə qarşılanır. Xüsusilə Konyaaltı çimərliyində xidmət edən və asayiş olaylarına müdaxilə edən atlı polislər sahildə diqqət çəkirlər.
Bu barədə gunhaber.com.tr saytı məlumat yayıb.
Bildirilib ki, “sahildə patrul gəzən atlar arasında ana-bala olan “Atlı Polis Birliyindəki 12 at hər gün təxminən 1 saat təlim keçir və peşəkar biniciləri ilə xidmətə hazırlanır. Kütləvi tədbirlərdə, konsertlərdə və bayram günlərində aktiv rol alan atlı polislər atların güclü instinktləri sayəsində hadisələrə daha sürətli müdaxilə edə bilirlər. Antalya polisinin bu xüsusi qrupu yerli və xarici turistlərə təhlükəsiz və dinc bir mühit təqdim etməyi hədəfləyir”.





