BAYRAQDAR MEDİA – Azərbaycan Ordusunun nümayəndələri NATO-nun “Qətiyyətli Güc-2025” (Resolute Force-2025) çoxmillətli komanda-qərargah təlimində iştirak edib.
Bu haqda xəbər BAYRAQDAR MEDİA-ya Müdafiə Nazirliyinin mətbuat xidmətindən daxil olub.
Xəbərdə bildirilir ki, “Bolqarıstanın G.S.Rakovski adına Hərbi Akademiyasında təşkil olunan təlimdə Azərbaycanı Milli Müdafiə Universitetinin tabeliyində fəaliyyət göstərən Hərbi İdarəetmə İnstitutunun bir qrup zabit heyəti təmsil edib. Bolqarıstan, Gürcüstan, Rumıniya, Şimali Makedoniya, Yunanıstan ordularının təmsilçilərinin də iştirak etdikləri təlimdə Azərbaycan zabitləri tapşırıqların öhdəsindən məharətlə gəlib”.
Bildirək ki, təlimin keçirilməsinin məqsədi hərbi qərarqəbuletmə prosesinə uyğun fəaliyyətlərin icrası, eləcə də komandirlərin və qərargahların əməliyyat şəraitində bölmələri idarəetmə bacarıqlarının artırılmasıdır.
Təlimin sonunda iştirakçılara sertifikatlar təqdim olunub.
İlk şərhi yaza bilərsiniz