Press "Enter" to skip to content

Dostluq Günləri bir aydan artıq davam edəcək

Erol Mümün

BAYRAQDAR MEDİA – İdman və mədəni tədbirlərlə zəngin proqramla keçiriləcək Kırcali Dostluq Günlərinin ikincisi 14 iyun – 27 iyul tarixləri arasında olacaq.

Radio Bolqarıstan xəbər verir ki, bunu Kırcali Bələdiyyə başçısı Erol Mümün deyib.

Məlumata görə, yerli sənətçilərin iştirakı ilə rəngarəngləşəcək festival haqqında danışan Bələdiyyə başçısı, tədbirin sülh, etnik mənsubiyyət və mədəniyyətlərarası anlaşma ilə müasir dünyada dostluğun əhəmiyyəti baxımından mühüm mesaj verdiyini bildirib: “Proqramda hər kəs – uşaqlar, gənclər və böyüklər nəzərə alınaraq hazırlıq aparılıb,”.

Qeyd edilib ki, Dostluq Günləri çərçivəsində ənənəvi mətbəx ləzzətlərinin sərgisi, bolqar xalq geyimləri və əşyalarının təqdimatı kimi müxtəlif tədbirlər planlaşdırılıb. “Prostor” parkında isə süni divara dırmanma, açıq havada yoga və hava yogası üçün xüsusi məkanlar ayrılacaq.

Mədəni tədbirlər arasında teatr tamaşaları, yay kinoteatrı və konsertlər yer alacaq. İdman hissəsində isə uşaq futbol turniri və mini futbol turniri keçiriləcək.

İlk şərhi yaza bilərsiniz

Lütfən, buyurub bir şərh yaza bilərsiniz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Mission News Theme by Compete Themes.