Press "Enter" to skip to content

FHN-in nümayəndələri Bakı Ekspo Mərkəzində panel sessiyada

FHN-in nümayəndələri Bakı Ekspo Mərkəzində panel sessiyada

BAYRAQDAR MEDİA – Fövqəladə Hallar Nazirliyinin (FHN) nümayəndələri Bakı Enerji Həftəsi çərçivəsində Bakı Ekspo Mərkəzində keçirilən 13-cü Xəzər Beynəlxalq Energetika və Yaşıl Enerji Sərgisində təşkil edilmiş panel sessiyasında iştirak ediblər.

Bu haqda xəbər BAYRAQDAR MEDİA-ya FHN-in mətbuat xidmətindən daxil olub.

Xəbərdə bildirilir ki, “sessiyada iştirak edən FHN-in Nüvə və Radioloji Fəaliyyətin Tənzimlənməsi üzrə Dövlət Agentliyinin rəis müavini Əkbər Quliyev, Nüvə və radioloji fəaliyyətə nəzarət şöbəsinin müdiri İlham Sadıqov və Nüvə və radiasiya təhlükəsizliyinin ekspertizası şöbəsinin müdiri Mətanət Qəhrəmanova “Karbon emissiyasının azaldılması istiqamətində nüvə enerjisinin rolu” və “Atom elektrik stansiyalarının istismarının ətraf mühitə təsiri” mövzularında təqdimatla çıxış ediblər”.

Tədbirdə iştirakçıları maraqlandıran suallar Agentliyin nümayəndələri tərəfindən ətraflı cavablandırılıb.

İlk şərhi yaza bilərsiniz

Lütfən, buyurub bir şərh yaza bilərsiniz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Mission News Theme by Compete Themes.