Press "Enter" to skip to content

“MOL Group” şirkətinin prezidenti ilə görüş

Görüş zamanı

BAYRAQDAR MEDİA – İqtisadiyyat naziri MikayılCabbarov Bakı Enerji Həftəsi çərçivəsində ölkəmizdə səfərdə olan Macarıstanın “MOL Group” şirkətinin prezidenti Zolt Hernadi ilə görüşüb.

Bu barədə BAYRAQDAR MEDİA-ya İqtisadiyyat Nazirliyindən məlumat verilib.

Bildirilib ki,Ş “görüşdə “MOL Group” şirkəti ilə səmərəli əməkdaşlıq münasibətlərindən məmnunluq ifadə edilib. Enerji təhlükəsizliyi məsələləri və enerji resurslarının şaxələndirilməsinin əhəmiyyəti vurğulanıb. Azərbaycanın bu istiqamətdə etibarlı tərəfdaş kimi rolu qeyd edilib. Tərəflər “Mol Group”un ölkəmizdəki fəaliyyəti və gələcək işbirliyi imkanlarını müzakirə ediblər.MOL və SOCAR arasında tərəfdaşlığıninkişafı və enerji sahəsində fəaliyyətin genişləndirilməsi barədə fikir mübadiləsi aparıblar”.

Xəbərdə qeyd edilib ki, “MOL Group” beynəlxalq, inteqrasiya olunmuş neft, qaz, neft-kimya və pərakəndə satış şirkətidir. Şirkət 30-dan çox ölkədə fəaliyyət göstərir. “Azəri-Çıraq-Günəşli” layihəsinin 3-cü ən böyük səhmdarı olan “MOL Group” Azərbaycan da daxil olmaqla 9 ölkədə kəşfiyyat və hasilat aktivlərinə malikdir.

İlk şərhi yaza bilərsiniz

Lütfən, buyurub bir şərh yaza bilərsiniz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Mission News Theme by Compete Themes.