Press "Enter" to skip to content

Naxçıvan və Gəncə istiqamətində İstanbul reysləri AJET tərəfindən davam etdiriləcək

Naxçıvan və Gəncə istiqamətində İstanbul reysləri AJET tərəfindən davam etdiriləcək

BAYRAQDAR MEDİA – İyunun 3-dən etibarən Naxçıvan və Gəncə beynəlxalq hava limanlarından İstanbulun Asiya hissəsində yerləşən Sabiha Gökçen Beynəlxalq Hava Limanına səyahətlər AJET aviaşirkəti tərəfindən həyata keçiriləcək.

Bu haqda xəbər BAYRAQDAR MEDİA-ya Heydər Əliyev Beynəlxalq Aeroportunun mətbuat xidmətindən daxil olub.

Xəbərdə bildirilir ki, “uçuşlar həftədə iki dəfə – çərşənbə axşamı və şənbə günləri yerinə yetiriləcək. Yeni mərhələdə təqdim olunan bu reyslər dairəvi marşrut modeli əsasında təşkil olunub: sərnişinlər eyni uçuş nömrəsi ilə Sabiha Gökçen – Naxçıvan – Gəncə – Sabiha Gökçen marşrutu üzrə və ya əks istiqamətdə səyahət edə biləcəklər. Bu model həm marşrutların optimallaşdırılması, həm də bir neçə şəhəri birləşdirən daha çevik və funksional uçuş imkanlarının yaradılması baxımından mühüm əhəmiyyət daşıyır”.

Qeyd edək ki, yeni reyslər Azərbaycanın regionlarının turizm və iqtisadi potensialının inkişaf etdirilməsinə, eləcə də sərnişinlər üçün sərfəli, rahat və fasiləsiz səyahət imkanlarının təmin olunmasına yönəlib.

Mission News Theme by Compete Themes.