BAYRAQDAR MEDİA – Rize Çayeli Büyükköy Orta məktəbinin 8-ci sinif şagirdləri Ankara səfəri zamanı Anıtkabirde məzuniyyət mərasimi keçiriblər. Məktəbin direktoru Ömer Keskin, ingilis dili müəllimi Ayşegül Serdaroğlu və türk dili müəllimi Ebru Söylemez tərəfindən təşkil edilən ekskursiyada Ordu, Samsun və Ankara şəhərlərindəki tarixi yerlər ziyarət edilib.
Bu barədə gazeterize.com saytı məlumat yayıb.
Məlumata görə, məktəb direktoru Ömer Keskin “Bu mərasimi 15 iyunda keçiriləcək Liseyə Keçid İmtahanından öncə şagirdlərimizə motivasiya üçün etdik,” – deyib.
İlk şərhi yaza bilərsiniz