Press "Enter" to skip to content

Səyyar ASAN xidmət davam edir

BAYRAQDAR MEDİA – Səyyar ASAN xidmət 2-25 iyun tarixində Saatlıda, Qaxda, Daşkəsəndə, Şabranda, Cəlilabadda, Ağdamda, Ağsuda, Zaqatalada və Xırdalanda vətəndaşlara xidmət göstərəcək.

Bu barədə BAYRAQDAR MEDİA-ya “ASAN xidmət”dən məlumat verilib.

Məlumata görə, Səyyar ASAN xidmətin həyata keçirilməsinin əsas məqsədləri dövlət xidmətlərinin vətəndaşlara daha rahat, yeni və innovativ üsullarla təqdim edilməsi, vətəndaşlar üçün əlçatanlığın təmin edilməsi və vətəndaş məmnunluğuna nail olunmasıdır: “Səyyar ASAN xidmət avtobusları həftənin bazar ertəsi – cümə günləri saat 10:00-dan 17:00-dək fəaliyyət göstərir. Saat 13:00-dan 14:00-dək nahar fasiləsidir”.

İlk şərhi yaza bilərsiniz

Lütfən, buyurub bir şərh yaza bilərsiniz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Mission News Theme by Compete Themes.