Press "Enter" to skip to content

Tərəfdaşlıq məsələləri müzakirə olunub

Görüş zamanı

BAYRAQDAR MEDİA – İqtisadiyyat naziri Mikayıl Cabbarov Asiya (AİB) İnkişaf Bankının Cənubi, Mərkəzi və Qərbi Asiya üzrə vitse-prezidenti Yinqminq Yanq ilə görüşüb.

Bu barədə BAYRAQDAR MEDİA-ya İqtisadiyyat Nazirliyindən məlumat verilib.

Bildirilib ki, “görüşdə Azərbaycanınnüfuzlu beynəlxalq maliyyə qurumlarından olan AİB ilə münasibətlərin inkişafına önəm verdiyi vurğulanıb.Qeyd olunub ki, Bank müxtəlif istiqamətlər üzrə icra olunan layihələr çərçivəsində ölkəmizə dəstək göstərir. Azərbaycanda əlverişli işgüzar mühit, həyata keçirilən iqtisadi layihələr, işğaldan azad olunmuş ərazilərimizdə aparılan iqtisadireinteqrasiya tədbirləri haqqında məlumat verilib, AİB ilə əməkdaşlıq imkanları diqqətə çatdırılıb”.

Məlumata görə, görüşdə Mərkəzi Asiya Regional İqtisadi Əməkdaşlıq (CAREC) Proqramı və Orta Dəhliz üzrə işbirliyi məsələləri nəzərdən keçirilib: “Tərəflər kiçik və orta sahibkarlığın inkişafı və maliyyə resurslarına çıxışının artırılması, sənaye ilə bağlı inkişaf planları, həmçinin Bank tərəfindənhazırlanmış, Azərbaycan üzrə 2025-2029-cu illəri əhatə edən Ölkə Tərəfdaşlıq Strategiyasına dair müzakirələr aparıblar”.

İlk şərhi yaza bilərsiniz

Lütfən, buyurub bir şərh yaza bilərsiniz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Mission News Theme by Compete Themes.