BAYRAQDAR MEDİA – Eskişehirdə ev kirayələrinin qiymətinin artması tələbələrin yaşayışını çətinləşdirib. Şəhərin küçə və dirəklərində “ev yoldaşı axtarılır” elanlarına tez-tez rast gəlinir.
Bu barədə anadolugazetesi.com saytı məlumat yayıb.
Məlumatda deyilir ki, tələbələr artıq bir evi təkbaşına saxlamaq imkanında deyillər: “Elektrik, su, qaz və internet xərcləri ilə yanaşı, kirayə haqqı da çox yüksəkdir. Bu səbəbdən bir çox tələbə evi paylaşmağa məcbur olur. Ən çox sakit, səliqəli və etibarlı ev yoldaşı axtarılır”.
Bildirilir ki, “bəzən eyni universitetdə oxuyanlar seçilir, bəzən isə sadəcə xərcləri bölüşə biləcək birini tapmaq kifayət edir. Tələbələr dövlət orqanlarından yaşayış xərcləri və sığınacaq məsələsində dəstək gözlədiklərini bildirirlər. Elanlar şəhərdəki iqtisadi vəziyyəti və tələbələrin vəziyyətini aydın şəkildə göstərir”.
İlk şərhi yaza bilərsiniz