Kemal Kılıçdaroğlu yenidən sədr seçilərsə, Özgür Özel və Ekrem İmamoğlunun rəhbərlik etdiyi dəyişiklikçi qrup yeni partiya qura bilər
BAYRAQDAR MEDİA – Cumhuriyyət Xalq Partiyasında (CHP) 2023-cü ildə keçirilmiş 38-ci Qurultaydan sonra davam edən şübhə iddiaları və hüquqi proses Ankaradakı siyasi kuluarlarda getdikcə daha çox müzakirə olunur. Kemal Kılıçdaroğlu və komandası partiyaya qayıtdığı təqdirdə, dəyişiklikçi qrupun istefa verərək yeni partiya quracağı ehtimalları irəli sürülür.
Bu barədə sonmuhur.com saytı məlumat yayıb.
Məlumata görə, əvvəlki Hatay Böyükşəhər Bələdiyyə başçısı Lütfi Savaşın şikayətçi olduğu bu məhkəmə prosesinin nəticəsinə görə, sabiq sədr Kemal Kılıçdaroğlunun geri dönüş ehtimalı TBMM-dəki CHP qrupunda geniş şəkildə müzakirə olunur: “K.Kılıçdaroğluna yaxın şəxslərin hər ehtimala qarşı fəaliyyətlərini gücləndirdikləri iddia olunur. Hüquqçular isə bu qurultay məhkəməsindən K.Kılıçdaroğlu lehinə qərar çıxacağını gözləmirlər, lakin məhkəmə prosesinin CHP və ümumi siyasi səhnəyə təsir edəcəyini bildirirlər”.
Məlumata görə, CHP İzmir İl Hüquq Komissiyası sədri, təqaüddə olan hakim Murat Aydın, “Yargılama nəticəsində bütün şübhəlilər haqqında bəraət qərarı veriləcəyini indidən deyə bilərəm. İddianaməni hazırlayanlar da bunu bilirlər. Amma məqsəd çıxacaq qərarla deyil, proseslə cəza vermək və siyasi müxalifəti zəiflətməkdir”, – deyə bildirib.
Digər tərəfdən, məhkəmədən mənfi nəticə çıxarsa, Özgür Özel və Ekrem İmamoğlunun rəhbərlik etdiyi dəyişiklikçi qrupun müxtəlif planları olduğu deyilir. Bildirilir ki, əgər Kemal Kılıçdaroğlu yenidən sədr seçilərsə, bu qrupun yeni partiya qura biləcəyi Ankarada müzakirə olunur.





