BAYRAQDAR MEDİA – İctimai Televiziya və Radio Yayımları Şirkətində (İTRYŞ) əməkdaşlarla birbaşa və səmimi ünsiyyətə imkan yaradan “Baş direktorla nahar” layihəsi çərçivəsində növbəti görüş keçirilib.
Xəbər BAYRAQDAR MEDİA-ya İctimai Televiziyanın mətbuat xidmətindən daxil olub.
Xəbərə əsasən, “layihənin məqsədi əməkdaşların baş direktor Balakişi Qasımovla işgüzar, açıq və qarşılıqlı faydalı fikir mübadiləsi aparmasına, eyni zamanda onların şəxsi və peşəkar inkişafına dəstək olmaqdır”.
Bildirilib ki, “görüş zamanı iştirakçılar suallarını ünvanlayıb, təcrübələrini bölüşüb və gələcək inkişaf yolları barədə dəyərli tövsiyələr alıblar. Bu təşəbbüs təşkilati şəffaflığın, sağlam komanda ruhunun və davamlı inkişaf mədəniyyətinin formalaşmasına mühüm töhfə verir”.
Qeyd edilib ki, “istənilən əməkdaş, vəzifəsindən asılı olmayaraq, bu görüşlərdə iştirak etmək üçün sərbəst şəkildə müraciət edə bilər. İnsan yönümlü idarəetmənin və açıq dialoqun real nümunəsi olan bu layihə, İTRYŞ-də korporativ mədəniyyətin gücləndirilməsinə xidmət edir”.
İlk şərhi yaza bilərsiniz