BAYRAQDAR MEDİA – Aprelin 21-də 47 yaşlı pasiyent ağır vəziyyətdə mədə-bağırsaq qanaxması diaqnozu ilə Kliniki Tibbi Mərkəzə (KTM) gətirilib. Xəstə üzərində zəruri müayinələr aparılıb və təcili cərrahi əməliyyata göstəriş olub.
Bu haqda xəbər BAYRAQDAR MEDİA-ya KTM-in mətbuat xidmətindən daxil olub.
Xəbərdə diqqətə çatdırılır ki, “Ümumi Cərrahiyyə şöbəsinin müdiri Nazim Həsənovun icra etdiyi, asistentlər Ağanur Cavadov və Maya Xudiyevanın iştirakı ilə baş tutun əməliyyat zamanı mədənin kardioezofageal keçidində törəmə aşkarlanıb. Törəmənin yerləşməsi və xəstənin vəziyyəti nəzərə alınaraq onkoloji prinsiplərə uyğun olaraq xəstəyə total qastrektomiya, ezofagoyeyunostomiya (intestinal interpozisiya ilə), splenektomiya, D3 limfodisseksiya əməliyyatları icra olunub”.
Əməliyyatdan sonrakı dövr Cərrahi Reanimasiya və Ümumi Cərrahiyyə şöbəsində davam edib, xəstəyə zəruri müalicələr tətbiq olunub.
Uğurlu əməliyyat və müalicə prosedurlarından sonra xəstənin vəziyyəti stabilləşib və qənaətbəxş vəziyyətdə ambulator müalicə üçün evə buraxılıb.
İlk şərhi yaza bilərsiniz