BAYRAQDAR MEDİA – Kaliforniya Universitetinin Los-Anceles kampusunun tədqiqatçıları Parkinson xəstəliyinin ilkin əlamətlərini aşkar edə bilən xüsusi qələm hazırlayıblar.
BAYRAQDAR MEDİA xəbər verir ki, bu haqda “Demirören” Xəbər Agentliyi məlumat paylaşıb.
Əl yazısını təhlil edən və süni intellektlə işləyən qələm ucuz və əlçatan diaqnostika vasitəsi olmaq potensialına malikdir. Maqnit mürəkkəbi və xüsusi ucu olan qələm insanın yazarkən etdiyi hərəkətləri elektrik siqnallarına çevirir. Bu siqnallar daha sonra Parkinson xəstəliyinin əlamətlərini araşdırmaq üçün süni intellektlə təhlil edilir. Tədqiqatçılar Parkinson xəstəliyi olan 3 nəfərin yazı nümunələrini 13 sağlam insanla müqayisə ediblər. Süni intellektlə dəstəklənən qələm bu nümunələri 95 faizdən çox dəqiqliklə ayırd edə bilib. Bu kiçik miqyaslı tədqiqat texnologiyanın etibarlı diaqnostika vasitəsi ola biləcəyini ortaya qoyub.
Tədqiqatçıların fikrincə, inkişaf etdirilən qələm, xüsusilə resursların məhdud olduğu bölgələrdə, aşağı qiymətə və asan yayıla bilən quruluşuna görə effektiv həll yolu ola bilər. Mütəxəssislər, “Bu cihaz Parkinson xəstəliyinin diaqnostikasında geniş istifadə oluna bilən praktik bir üsul təklif edir” deyib.
Tədqiqatçılar bildiriblər ki, texnologiya daha böyük qatılımcı qruplar ilə sınaqdan keçirilməlidir. Geniş çaplı klinik tədqiqatlardan sonra qələmin bütün dünyada geniş yayılmış diaqnostika vasitəsi kimi mövcud olması nəzərdə tutulur.





