Press "Enter" to skip to content

Restoranın tavanı çökdü

Tavanı çökmüş restoran

BAYRAQDAR MEDİA – Muğlanın Fethiye rayonunda yerləşən restoranda tavanın çökməsi nəticəsində biri uşaq olmaqla beş əcnəbi vətəndaş yaralanıb. Hadisə Karagedik məhəlləsindəki restoranların birində baş verib.

Bu barədə muglahaber.com.tr saytı məlumat yayıb.

Məlumata görə, restoranın tavan hissəsindəki materiallar qəfildən müştərilərin üstünə düşüb: “Hadisə yerinə çağırılan təcili tibbi yardım və polis qrupları zərərçəkənlərə müdaxilə edib. Yaralanan 5 nəfər, ilkin tibbi yardım göstərildikdən sonra Fethiyedəki müxtəlif xəstəxanalara aparılıb. Hadisə ilə bağlı araşdırma başladılıb”.

Mission News Theme by Compete Themes.