Press "Enter" to skip to content

Vali Sözerdən mənalı başlanğıc

Vali Kıbrıs qazisi ilə görüşüb

BAYRAQDAR MEDİA – Bilecikə yeni təyin olunan Vali Faik Oktay Sözer ilk iş gününə mənalı ziyarətlərlə başlayıb.

Bu barədə bilecikhaber.com.tr saytı məlumat yayıb.

Bildirilib ki, “Faik Oktay Sözer və həyat yoldaşı Zeynəb Sözer əvvəlcə Bilecikin mənəvi dəyərlərindən olan Şeyx Edebali və Ertuğrul Qazi türbələrini ziyarət edib, dua ediblər. Daha sonra 1991-ci ildə Hakkarinin Çukurca bölgəsində şəhid olan Necdet Ayhanın ailəsini evlərində ziyarət ediblər”.

Məlumata görə, həmin gün Kıbrıs Barış Hərəkatı qazisi Fahri Karatay və ailəsi ilə də görüşən vali, “Qazilərimiz xalqımızın şərəf nişanəsidir”, – deyə bildirib.

Vali Sözerin ilk iş gününü şəhid və qazi ailələrinə ayırması vətəndaşlar tərəfindən rəğbətlə qarşılanıb.

İlk şərhi yaza bilərsiniz

Lütfən, buyurub bir şərh yaza bilərsiniz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Mission News Theme by Compete Themes.