Press "Enter" to skip to content

Xüsusi qayğıya ehtiyacı olan uşaqlar üçün ustad dərsi

Xüsusi qayğıya ehtiyacı olan uşaqlar üçün ustad dərsi

BAYRAQDAR MEDİA – Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN) tabeliyində Sosial Xidmətlər Agentliyi (SXA), Bakı Marionet Teatrı və İçərişəhər Ənənəvi İncəsənət Mərkəzinin birgə təşkilatçılığı ilə xüsusi qayğıya ehtiyacı olan uşaqlar üçün ustad dərsi təşkil olunub.

Bu haqda xəbər BAYRAQDAR MEDİA-ya SXA-nın mətbuat xidmətindən daxil olub.

Xəbərdə bildirilir ki, “tədbir çərçivəsində SXA-nın 2 və 3 saylı uşaq evi sosial xidmət müəssisələrində yaşayan uşaqlar “Qız qalası” təsvirini canlandırıb, marionet sənəti ilə tanış olub və öz fantaziyalarına uyğun rəsmlər çəkiblər. Səfərin məqsədi həssas kateqoriyadan olan uşaqların asudə vaxtının səmərəli təşkili, onların sosial reabilitasiyası və cəmiyyətə inteqrasiyasına dəstək göstərməkdir”.

İlk şərhi yaza bilərsiniz

Lütfən, buyurub bir şərh yaza bilərsiniz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Mission News Theme by Compete Themes.