Press "Enter" to skip to content

Yaşıllıqlar qanunsuz kəsilib

BAYRAQDAR MEDİA – Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin əməkdaşları tərəfindən son bir həftə ərzində keçirilən nəzarət tədbirləri zamanı Bakı şəhəri, Quba, Xaçmaz, Qəbələ və Balakən rayonlarının inzibati ərazisində yaşıllıqların qanunsuz kəsilməsi faktları aşkar olunub.

Bu haqda xəbər BAYRAQDAR MEDİA-ya Ekologoya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) mətbuat xidmətindən daxil olub.

Xəbərdə qeyd edilir ki, “araşdırma zamanı Bakı şəhəri Nizami rayonu Özbəkistan və Azər Manafov küçələrinin kəsişməsində “Teymuroğlu Construction” MTK-ya məxsus ərazidə, Suraxanı rayonu Qaraçuxur qəsəbəsi Yeni Günəşli “V” yaşayış sahəsi 14D saylı yaşayış binasının qarşısında, Sabunçu rayonu Bakıxanov qəsəbəsi Yavər Əliyev küçəsi dalan 4 ünvanında, Quba rayonu Rustov kəndi ərazisində, Xaçmaz rayonu Həsənqala kəndi ərazisində “Providense Doyç” MMC-yə məxsus ərazidə, Qəbələ rayonu Zarağan kəndi ərazisində və Balakən rayonu Hənifə bələdiyyəsinin mülkiyyətinə aid torpaq sahəsində ağacların qanunsuz kəsilməsi ilə bağlı yaşıllıqlara 144 min 060 manat məbləğində ziyan dəydiyi müəyyən edilib”.

Hər bir fakt üzrə yaşıllıqlara dəymiş ziyanın məbləği cinayət tərkibi yaratdığından məsələyə hüquqi qiymət verilməsi üçün toplanmış materiallar hüquq-mühafizə orqanlarına göndərilməsi üçün hazırlanır.

İlk şərhi yaza bilərsiniz

Lütfən, buyurub bir şərh yaza bilərsiniz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Mission News Theme by Compete Themes.