BAYRAQDAR MEDİA – Prezident İlham Əliyevin “Azərbaycan peşəkar milli teatrının 150 illik yubileyinin qeyd edilməsi haqqında” Sərəncamın icrası ilə əlaqədar olaraq respublikanın 5 teatrında kadr problemini aradan qaldırmaq məqsədilə teatr-studiyaları yaradılıb. Həmin Sərəncama əsasən Gəncə Dövlət Milli Dram Teatrının nəzdində “İkinci nəfəs” teatr-studiyası fəaliyyətə başlayıb.
Bu haqda xəbər BAYRAQDAR MEDİA-ya sözügedən Teatrdan daxil olub.
Xəbərdə bildirilir ki, “tədris müddəti ərzində tələbələr teatr sənətinin sirləri ilə yaxından tanış olaraq nəzəri və praktik biliklərə yiyələnib, eyni zamanda, görkəmli teatr xadimlərinin ustad dərslərində və seminarlarında iştirak ediblər. Tədrisin yekun qiymətləndirilməsi və hesabat tamaşasının hazırlanması üçün teatra dəvət olunmuş gənc rejissor Fuad Cavadzadəni quruluşunda Əməkdar incəsənət xadimi Əli Əmirlinin “M.S.S” pyesi əsasında eyniadlı tamaşanın məşqlərinə başlanılıb”.
Yeni səhnə əsərində teatr-studiyasının tələbələri ilə yanaşı, teatrın peşəkar aktyorları da iştirak edəcək.
Teatrın baş rejissoru Elşad Əhmədov və teatrın ədəbi hissə müdiri, tədris rəhbəri, teatrşünas Anar Bürcəliyev çıxış edərək hər kəsə uğurlar arzulayıb və bildiriblər ki, hər iki heyətin qarşılıqlı tandemi əsasında hazırlanacaq tamaşa gənclərin debütü olmaqla yanaşı, peşəkar aktyorlarla səhnəyə uyğunlaşması, onlarda məsuliyyətin artırılması, eyni zamanda, səhnə sərbəstliyinin formalaşmasına kömək edəcək.
Bildirək ki, tamaşanın premyerası haqqında məlumat veriləcək.
İlk şərhi yaza bilərsiniz