Press "Enter" to skip to content

“Ulukayın” sərgisinin açılışı olub

“Ulukayın” sərgisinin açılışı olub

BAYRAQDAR MEDİA – İyunun 7-si saat 19:00-da Müasir İncəsənət Mərkəzində rəssam Şəbnəm Karacanın “Ulukayın” adlı fərdi sərgisinin açılışı olub.

Sərgidə yer alan 30 rəsm əsəri, həyat ağacını fərqli duyğular, rəng dalğaları və enerjilər içində təqdim edərək, təbiətlə insan arasında unudulmuş ruhani bağlara işarə edir.

Sərgidə həyat ağacı təkcə vizual simvol deyil – canlı bir varlıqdır. Onun ruhu, keçmişlə gələcək, torpaqla göy, maddə ilə enerji arasındakı axışın daşıyıcısıdır. Şəbnəm Karaca bu enerji axışını rəng və forma ilə ifadə edir.

Kuratoru Bəhram Xəlilov olan sərginin kulminasiya nöqtəsi isə interaktiv instalyasiyadır. Ziyarətçilərə öz niyyət və arzularını bir tül parçasına yazaraq instalyasiya ağacına bağlamaq təklif olunur. Beləliklə, sənətə fiziki və ruhani toxunuş baş verir – hər bir izləyici əsərin bir parçasına çevrilir.

Ulukayın həm keçmişin müdrikliyini, həm bu günün çağırışlarını, həm də gələcəyin ümidini özündə cəmləyən bir sənət və ruhani təcrübədir.

Bildirək ki, sərgi iyunun 13-dək davam edəcək.

İlk şərhi yaza bilərsiniz

Lütfən, buyurub bir şərh yaza bilərsiniz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Mission News Theme by Compete Themes.