Press "Enter" to skip to content

Bu istiqamətlərdən biri də “yaşıl enerji”dir

Müsahibə zamanı

Olgun Amcaoğlu: KKTC ilə Azərbaycan arasında bir çox sahələrdə əməkdaşlıq imkanları var

BAYRAQDAR MEDİA – “Fürsətdən istifadə edib Azərbaycan Prezidenti İlham Əliyev başda olmaqla qardaş ölkənin dövlət rəsmilərinə Kuzey Kıbrıs Türk Cümhuriyyətinə (KKTC) verdikləri dəstəyə görə təşəkkür edirəm. Bu bizi qürurlandırır”.

Bunu BAYRAQDAR MEDİA-ya özəl müsahibəsi zamanı Kuzey Kıbrıs Türk Cümhuriyyətinin iqtisadiyyat və enerji naziri Olgun Amcaoğlu dedi. Cənab nazirin geniş müsahibəsini yaxın günlərdə oxuculara təqdim edəcəyik.

Hələlik isə onu bildirək ki, O.Amcaoğlu KKTC ilə Azərbaycan arasında bir çox sahələrdə əməkdaşlıq imkanlarının olduğunu bildirdi. Qeyd edildi ki, bu istiqamətlərdən biri də “yaşıl enerji”dir: “Azərbaycanda “yaşıl enerji” üzrə zəngin təcrübə və informasiya bazası mövcuddur. Təbii ki, biz də qardaş ölkənin bu təcrübəsini bölüşmək, birlikdə addımlar atmaq istəyirik. Məlumat üçün bildirim ki, hazırda KKTC olaraq 594 meqavatlıq enerji bazamız var və bunun 120 meqavatı günəş enerjisindən təmin olunur”.

Müsahibimiz vurğuladı ki, adanın coğrafi mövqeyi, yəni ildə 333 günəşli gün və 2 400 saatlıq günəş potensialının olması KKTC-yə böyük üstünlük verir.

O.Amcaoğlu dedi ki, “yaşıl enerji keçid” KKTC-də əsas prioritetlərdən biridir: “Türkiyə artıq ümumi enerji istehsalının 55 faizindən çoxunu bərpa olunan enerji hesabına təmin edir, Qeyd etdiyim kimi, qardaş Azərbaycanın da bu sahədə uğurlarını da yaxından izləyirik. Biz də KKTC olaraq 2030-cu ilə qədər tamamilə “yaşıl enerji” əsaslı ada modeli yaratmaq niyyətindəyik. Bu istiqamətdə Türkiyə və Azərbaycanın təcrübəsi və dəstəyi bizim üçün önəmlidir. Bu dəstəkdən də güc alaraq sözügedən sahədə uğur qazanacağımıza inanırıq”.

İlk şərhi yaza bilərsiniz

Lütfən, buyurub bir şərh yaza bilərsiniz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Mission News Theme by Compete Themes.