Press "Enter" to skip to content

Bursa-Bilecik yolu 35 dəqiqəyə qət ediləcək

BAYRAQDAR MEDİA – Kanyon Holdinqin Xəritə və Tədqiqatlar müdiri Özcan Geçim, Bandırma–Bursa–Yenişehir–Osmaneli Yüksək Sürətli Qatar Xətti layihəsinin Bursa hissəsini 2026-cı ilin ilk yarısında tamamlamağı planlaşdırdıqlarını bildirib.

Bu barədə bilecikhaber.com.tr saytı məlumat yayıb.

Bildirilib ki, “Bursa Texniki Universitetində (BTÜ) keçirilən InnoCon’25 – Müasir Tikinti Zirvəsində çıxış edən Geçim layihə haqqında ətraflı məlumat verib.

O, layihənin 188 kilometr uzunluğunda olduğunu və Bursa hissəsinin 2026-cı ilin ilk yarısında başa çatdırılacağını qeyd edib”.

Məlumata görə, Özcan Geçim Karacabey–Bandırma istiqamətində işlərin davam etdiyini, lakin mürəkkəb relyef şəraiti səbəbilə bu hissədə gecikmələr yaşandığını bildirib: “Ö.Geçim layihə tamamlandıqda səyahət müddətlərinin aşağıdakı kimi olacağını açıqlayıb: Ankara–Bursa: 2 saat 15 dəqiqə, İstanbul–Bursa: 2 saat 15 dəqiqə, Bursa–Bilecik: 35 dəqiqə, Bursa–Eskişehir: 1 saat, Bursa–Konya: 2 saat 20 dəqiqə və Bursa–Sivas: 4 saat”.

İlk şərhi yaza bilərsiniz

Lütfən, buyurub bir şərh yaza bilərsiniz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Mission News Theme by Compete Themes.