Press "Enter" to skip to content

DİN-dən kiberdələduzluqla bağlı növbəti çağırış

DİN-dən kiberdələduzluqla bağlı növbəti çağırış

BAYRAQDAR MEDİA – Naməlum nömrələrdən gələn zənglər və mesajlar vasitəsilə vətəndaşların şəxsi və maliyyə məlumatlarının ələ keçirilməsi cəhdlərinin qarşısının alınması məqsədilə Daxili İşlər Nazirliyi (DİN) əhalini diqqətli olmağa çağırıb.

Bu haqda xəbər BAYRAQDAR MEDİA-ya DİN-in mətbuat xidmətindən daxil olub.

Xəbərdə qeyd edilir ki, “iyunun 9-da vətəndaşların bank hesablarından kiberyolla pul vəsaitlərinin oğurlanması ilə bağlı polis orqanlarına hər hansı müraciət daxil olmayıb. Vətəndaşlara bir daha xatırladılıb ki, bank kartlarının CVV/CVC kodu, istifadə müddəti, və SMS-lə göndərilən OTP şifrələri (birdəfəlik şifrələr) mütləq şəkildə məxfi saxlanmalıdır. Bu məlumatların üçüncü şəxslərlə paylaşılması nəticəsində bank hesablarından pul oğurluğu, vətəndaşın adından kredit və digər maliyyə əməliyyatlarının həyata keçirilməsi mümkündür”.

DİN vətəndaşlara tövsiyə edib ki, naməlum nömrələrdən gələn zəng və mesajlara cavab verməmək, heç bir halda şəxsi və maliyyə məlumatlarını paylaşmamaq, şübhəli ünsiyyət halında əlaqəni dərhal kəsmək və nömrəni blok etmək lazımdır.

Qeyd edək ki, bu cür hallarla üzləşən şəxslər dərhal polis orqanlarına və banklara müraciət etməlidirlər.

İlk şərhi yaza bilərsiniz

Lütfən, buyurub bir şərh yaza bilərsiniz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Mission News Theme by Compete Themes.