Press "Enter" to skip to content

Dünyada ən zəhərli hörümçəklərdən biri

“Uğur böcəyi hörümçəyi”

BAYRAQDAR MEDİA – Eskişehirdə zəhərli hörümçək növlərindən biri olan “uğur böcəyi hörümçəyi” görülüb.

Bu barədə eskisehir.net saytı məlumat yayıb.

Bildirilib ki, “Eskişehir Kuyubaşı məhəlləsində bir vətəndaş tərəfindən dünyanın ən zəhərli hörümçəklərindən biri sayılan “uğur böcəyi hörümçəyi” müşahidə edilib. Hörümçəyi gördüyü anda təəccüblənən vətəndaş onun şəklini çəkib.Kuyubaşı məhəlləsində görüldükdən sonra, eyni hörümçək növünün Beylikova rayonunda da müşahidə edildiyi bildirilib”.

Məlumata görə, Eresus sandaliatus, Eresidae ailəsinin Eresus cinsinə aid olub, Avropada və Türkiyədə yaşayan zəhərli hörümçək növüdür: “Erkəklərinin qarnının (abdomensinin) üstü uğur böcəyi naxışlıdır və yetkin halları əsasən sentyabrın əvvəlində görünür.

Zəhərli uğur böcəyi növlərinə əllə toxunulduqda toksin yayaraq qaşıntı və allergiyaya səbəb ola bilər”.

İlk şərhi yaza bilərsiniz

Lütfən, buyurub bir şərh yaza bilərsiniz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Mission News Theme by Compete Themes.