BAYRAQDAR MEDİA – Qurban Bayramı münasibətilə vətənləri İğdıra axın edən qürbətçilərin ilk dayanacağı hər il olduğu kimi bu il də Tuzluca Duz Mağaraları olub.
Bu barədə igdirhaber.net saytı məlumat yayıb.
Məlumata görə, bayram coşqusunu yaşamaq və ailələri ilə görüşmək üçün minlərlə kilometr yol qət edən ığdırlılar, geri dönməzdən əvvəl şəfa və sakitlik dolu Duz Mağaralarını ziyarət ediblər: “Iğdırın təbii gözəllikləri və tarixi zənginlikləri ilə seçilən Tuzluca rayonunda yerləşən bu unikal mağaralar xüsusilə tənəffüs yolu xəstəliklərinə yaxşı təsir etdiyi bilinən təbii duz terapiyası imkanı təqdim edir. Mağaraların sərin və nəm havası ziyarətçilərə dərin nəfəs alma fürsəti təqdim edərkən, içəridə yayılan duz hissəcikləri astma, bronxit kimi problemləri olanlar üçün adeta şəfa mənbəyinə çevrilir”.
Məlumat üçün bildirək ki, Tuzluca Duz Mağaraları Naxçıvandakı məhşur Duzdağın “əkizi” kimi tanınır.
İlk şərhi yaza bilərsiniz