Press "Enter" to skip to content

Əvvəllər Bilecikin kəndi idi, indi isə Eskişehirin rayonudur

İnönü

BAYRAQDAR MEDİA – Cümhuriyyətin elanından sonra uzun illər Bilecik və Söğütə bağlı kənd olan İnönü, 1987-ci ildə Eskişehirin rayonu olaraq tanınıb.

Bu barədə eskisehir.net saytı məlumat yayıb.

Bildirilib ki, “1920-ci ildə yunan işğalına məruz qalan İnönü, 4 sentyabr 1922-ci ildə işğaldan azad edilib. 1923-cü ildə Türkiyə Cümhuriyyəti qurulduqdan sonra Bilecikin Söğüt rayonuna bağlı kənd statusu alıb. 1926-cı ildə Söğüt Bilecikdən ayrıldıqda İnönü bu dəfə Bozüyük rayonuna tabe edilib. 1963-cü ildə isə Eskişehirin mərkəz rayonuna birləşdirilib”.

Məlumatda vurğulanır ki, Cümhuriyyətin qurulmasından sonra 3 il Bilecikə, 37 il isə Söğütə bağlı qalan İnönü, 1987-ci ildə Eskişehirin rayonu olaraq rəsmi elan edilib.

İlk şərhi yaza bilərsiniz

Lütfən, buyurub bir şərh yaza bilərsiniz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Mission News Theme by Compete Themes.