Press "Enter" to skip to content

“Gənc xilasedici və yanğınsöndürən” XII Ümumrespublika yarışlarının zona birinciliyi

“Gənc xilasedici və yanğınsöndürən” XII Ümumrespublika yarışlarının zona birinciliyi

BAYRAQDAR MEDİA – Fövqəladə Hallar Nazirliyinin (FHN) Şimal-qərb Regional Mərkəzində “Gənc xilasedici və yanğınsöndürən” XII Ümumrespublika yarışlarının zona birinciliyi keçirilib.

Bu haqda xəbər BAYRAQDAR MEDİA-ya FHN-in mətbuat xidmətindən daxil olub.

Xəbərdə deyilir ki, “FHN-in təşkilatçılığı, Elm və Təhsil, eləcə də Gənclər və İdman nazirliklərinin dəstəyi ilə keçirilən birinciliyin əsas məqsədi şagirdlərin fövqəladə hallara hazırlıqla bağlı fiziki və intellektual səviyyəsinin yoxlanılması, məktəblilərdə fərdi və ictimai təhlükəsizliyə məsuliyyətli yanaşma hissinin artırılması və yetişməkdə olan gənc nəslin nümayəndələrinə sağlam həyat tərzinin aşılanmasından ibarət olub. Dövlət Himninin səsləndirilməsi ilə başlanan tədbiri giriş sözü ilə açan Şimal-qərb Regional Mərkəzinin rəisi polkovnik Ceyhun Babayev yarışın əhəmiyyətindən danışıb, iştirakçılara uğurlar arzulayıb”.

Daha sonra xəbərdə, “yarışda Şimal-qərb Regional Mərkəzinin əhatə etdiyi şəhər və rayonların təhsil müəssisələri iştirak ediblər. Yarış “Kombinə edilmiş yanğın estafeti” və “Maneələr zolağı” adlı iki mərhələdən ibarət olub. Gərgin mübarizə şəraitində keçən yarışların yekunlarına əsasən Qobustan rayonu Rauf Babaşov adına Cəmcəmli kənd tam orta məktəbinin komandası I yerə, Qəbələ rayonu Vəndam qəsəbəsi Hikmət Rəşidov adına 2 saylı tam orta məktəbinin komandası II yerə, İsmayıllı şəhər Natiq Behdiyev adına 6 saylı tam orta məktəbinin komandası isə III yerə layiq görülüb” deyə bildirilir.

Qeyd edək ki, qalib komanda “Gənc xilasedici və yanğınsöndürən” yarışlarının respublika birinciliyində iştirak etmək hüququ qazanıb.

İlk şərhi yaza bilərsiniz

Lütfən, buyurub bir şərh yaza bilərsiniz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Mission News Theme by Compete Themes.