BAYRAQDAR MEDİA – Iğdırın Aras Vadisində dincələn bir boz ayı mobil telefon kamerası ilə görüntülənib. Təbii həyatın zənginliyi ilə tanınan Aras çayı hövzəsində çəkilən bu görüntülər bölgənin yabanı təbiət müxtəlifliyini bir daha ortaya qoyub.
Bu barədə igdirhaber.net saytı məlumat yayıb.
Məlumata əsasən, otlu sahədə sakitcə dincələn boz ayı, ətrafda olan bir vətəndaş tərəfindən uzaqdan çəkilib: “Ayının ətrafına heç bir təhlükə yaratmadan öz təbii mühitində vaxt keçirdiyi görünür. Yabanı həyat üzrə mütəxəssis Mete Türkoğlu bölgənin təbii həyat baxımından olduqca zəngin olduğunu vurğulayıb. Mütəxəssis bu cür qarşılaşmalarda vətəndaşların diqqətli olmaları və yabanı heyvanlara yaxınlaşmamaları barədə xəbərdarlıq edib. Xüsusilə yaz və yay aylarında yemək axtarışına çıxan boz ayıların daha tez-tez görünə biləcəyi bildirilib”.
İlk şərhi yaza bilərsiniz