BAYRAQDAR MEDİA – İyunun 10-12-də Baku Expo Mərkəzində II Türk Ticarət Sərgisi – Türk Dövlətləri Ticarət və İnvestisiya Əməkdaşlıq Forumu və Sərgisi keçiriləcək. Kiçik və Orta biznesin İnkişafı Agentliyi (KOBİA), İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin (İİTKM) tərəfdaşlığı, Kiçik və Orta Biznesin Subyektləri və Klublarının Assosiasiyası (KOBSKA) və “ROK Expo” şirkətinin təşkilatçılığı ilə keçirilən sərginin rəsmi açılış mərasimi iyunun 10-da saat 11:00-da olacaq.
Bu barədə BAYRAQDAR MEDİA-ya təşkilatçılardan məlumat verlib.
Məlumata görə, sərgidə 20-dən çox sahədə məhsul qrupları və yeni texnologiyalar sərgilənəcək, ölkələrin investisiya imkanları, mühüm sektorlar, iş insanlarının problemləri, həlli təklifləri və digər aktual məsələlər ekspert məruzəçilərlə konfranslarda müzakirə olunacaq. Həmçinin, ikitərəfli (B2B) və “franchise” görüşləri ilə şirkətlərin strateji tərəfdaşlıqları inkişaf etdiriləcək və Türk dövlətlərinin ortaq brendləri yaradılacaq.
Məlumatda deyilir ki, sərgidə 11 ölkə iştirakçı kimi, 20-dən çox ölkə isə ziyarətçi kimi iştirak edəcək.
İlk şərhi yaza bilərsiniz