Press "Enter" to skip to content

Meteor yağışı özünün ən pik nöqtəsinə çatacaq

Meteor yağışı özünün ən pik nöqtəsinə çatacaq

BAYRAQDAR MEDİA – Aprelin 14-dən başlayaraq iyunun 24-dək davam edəcək gündüz Arietid meteor yağışı iyunun 10-da ən yüksək fəallığa malik olacaq.

Bu haqda xəbər BAYRAQDAR MEDİA-ya Bakı Dövlət Universitetinin (BDU) Fizika fakültəsinin Astrofizika kafedrasından daxil olub.

Xəbərdə qeyd edilir ki, “meteor yağışının pik nöqtəsinə çatması iyunun 10-u Bakı vaxtı ilə saat 18:00 üçün gözlənilir. Bu səbəbdən ən yaxşı müşahidə şəraiti iyunun 11-i səhər saatlarında olacaq. Pikdə bu meteor selinin saatda təxminən 50 meteor buraxacağı gözlənilir. Bakıda isə saatda 15 meteor görmək mümkün olacaq”.

Ardınca xəbərdə, ““Arietid” sözü meteorların səmadakı çıxış nöqtəsinin (radiantının) yerləşdiyi Qoç (Aries) bürcünün adından gəlir. Astronomiyada meteor yağışları adətən onların radiant nöqtəsinin hansı bürcdə yerləşdiyinə əsasən adlandırılır. Bu meteor axını radiantı Qoç bürcündə olduğuna görə “Arietid” adını alıb. Meteor axınının maksimum fəallığı xüsusilə səhər saatlarında – dan yeri sökülməzdən az əvvəl və ya gün çıxanda baş verir. Bu isə onların adi gecə meteor axınlarından fərqli olaraq müşahidəsinin çətinləşməsinə səbəb olur – çünki gün işığı meteoru sönük göstərir və müşahidəni çətinləşdirir. Buna görə bu axın “gündüz meteor axını” kateqoriyasına daxildir” deyə bildirilir.

Bildirək ki, gündüz Arietid meteor yağışının 1989-cu ildə kəşf olunmuş 8.5 il dövrü perioda malik “121P/Shoemaker-Holt” adlı kometlə əlaqəli olduğu qəbul olunurdu. Lakin sonradan astronomlar onun 1949-cu ildə kəşf olunmuş “Ikarus” adlı asteroiddən qaynaqlanma ehtimalını da araşdırdılar.

İlk şərhi yaza bilərsiniz

Lütfən, buyurub bir şərh yaza bilərsiniz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Mission News Theme by Compete Themes.