Press "Enter" to skip to content

Milli fəalın evinə basqın

Fərzanə Daniyar

BAYRAQDAR MEDİA – İyunun 9-da səhər saatlarında Təbrizin ETTELAAT (Təhlükəsizlik və Kəşfiyyat) İdarəsinin beş mülki geyimli zabiti qadın milli fəal Fərzanə Daniyarın evinə hücum edib.

Xəbəri Azad İran Telegram kanalı “Araz News”a istinadən yayımlayıb.

Xəbərdə deyilir ki, “basqın zamanı repressiv qüvvələrin axtarış apararaq onun mobil telefonunu və bir sıra şəxsi əşyalarını, o cümlədən kitablarını müsadirə etdikləri bildirilib”.

Qeyd edilib ki, “xanım Daniyar Güney Azərbaycan xalqının hüquqlarının müdafiəsi uğrunda fəaliyyətlərinə görə dəfələrlə telefonla təhlükəsizlik qüvvələri tərəfindən hədələnib”.

İlk şərhi yaza bilərsiniz

Lütfən, buyurub bir şərh yaza bilərsiniz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Mission News Theme by Compete Themes.