BAYRAQDAR MEDİA – Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyindəki ümumi təhsil müəssisələrində kitabxana müdiri/kitabxanaçı, çağırışaqədərki hazırlıq rəhbəri, həmçinin məktəbəqədər təhsil müəssisələrində təsərrüfat müdiri vəzifələrinə işə qəbul üzrə müsabiqənin test imtahanı mərhələsinin nəticələri bəlli olub.
Bu barədə BAYRAQDAR MEDİA-ya İdarədən məlumat verilib.
Məlumata görə, iki gün davam edən test imtahanında iştirak edən namizədlərdən 388 nəfəri uğur qazanaraq müsahibə mərhələsinə vəsiqə qazanıb: “ Test imtahanı mərhələsində uğur qazanmış namizədlərə nəticələr barədə məlumat SMS vasitəsilə göndərilib. Qeyd edək ki, imtahanda namizədlərə 40 (ixtisas üzrə hər biri 2 bal olmaqla 20 sual, İKT səriştələri üzrə hər biri 1 bal olmaqla 10 sual və məntiq üzrə hər biri 1 bal olmaqla 10 sual) test tapşırığının cavablandırılması üçün 90 dəqiqə vaxt verilib”.
Məlumatda deyilir ki, işə qəbul müsabiqəsinin müsahibə mərhələsi ilə bağlı məlumat namizədlərə SMS vasitəsilə göndəriləcək: “Müsahibəni uğurla keçən namizədlər nəticələrinə görə müvafiq vakant yerlərə yerləşdiriləcəklər”.
İlk şərhi yaza bilərsiniz