Press "Enter" to skip to content

Ödənilən vergilərin 72,9 faizi qeyri-neft-qaz sektorunun payına düşüb

BAYRAQDAR MEDIA – 2025-ci ilin yanvar-may aylarında İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin xəttilə dövlət büdcəsinə 7 milyard 843,3 milyon manata yaxın vergi daxil olub, proqnoza 105,7 faiz əməl edilib.

Bu barədə Dövlət Vergi Xidmətinin məlumatında qeyd edilib.

Məlumata görə, 2024-cü ilin müvafiq dövrü ilə müqayisədə vergi daxilolmaları 344,2 milyon manat və ya 4,6 faiz artıb: “Qeyri-neft-qaz sektorundan daxilolmalar 5 milyard 716,2 milyon manata yaxın təşkil edib. 2024-cü ilin eyni dövrü ilə müqayisədə bu sektordan vergi daxilolmaları 9,1 faiz çox olub. Ödənilən vergilərin 72,9 faizi qeyri-neft-qaz sektorunun, 27,1 faizi isə neft-qaz sektorunun payına düşüb”.

İlk şərhi yaza bilərsiniz

Lütfən, buyurub bir şərh yaza bilərsiniz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Mission News Theme by Compete Themes.