Press "Enter" to skip to content

“Sarsılmaz Qardaşlıq-2025” və “Mustafa Kamal Atatürk-2025” təlimləri olacaq – VİDEO

"Sarsılmaz Qardaşlıq-2025" və "Mustafa Kamal Atatürk-2025" təlimləri olacaq

BAYRAQDAR MEDİA – Azərbaycan ilə Türkiyə arasında imzalanmış hərbi əməkdaşlıq haqqında sazişə uyğun olaraq Naxçıvanda “Sarsılmaz Qardaşlıq-2025” kompüter dəstəkli komanda-qərargah və “Mustafa Kamal Atatürk-2025” döyüş atışlı birgə taktiki təlimlərinə hazırlıq məqsədilə Azərbaycan-Türkiyə dövlət bayraqlarının dəyişmə mərasimi keçirilib.

Bu haqda xəbər BAYRAQDAR MEDİA-ya Müdafiə Nazirliyinin mətbuat xidmətindən daxil olub.

Xəbərdə diqqətə çatdırılır ki, “Əlahiddə Ümumqoşun Ordunun (ƏÜO) Qərargahından hərəkətə başlayan bayraq taqımı Sədərək sərhəd keçid məntəqəsinə – Araz çayı üzərindəki “Ümid” körpüsünə doğru yürüşə  başlayıb. Eyni zamanda, Türkiyənin bayraq taqımı da Ağrı vilayətinin Doğubəyazit rayonundan mərasimin keçiriləcəyi ünvana doğru yürüş edib. “Ümid” körpüsündə Azərbaycan Dövlət Himni və Türkiyə İstiqlal Marşı ifa edildikdən sonra bayraqların dəyişmə mərasimi olub”.

Sonra təlimə cəlb edilən bölmələr və hərbi texnika sərhəd-keçid məntəqəsindən Naxçıvana yola düşüblər.

Təlimin planına əsasən tank, mexanikləşdirilmiş və komando bölmələri artilleriya, hava hücumundan müdafiə və aviasiya bölmələrinin dəstəyi ilə müxtəlif təlim-döyüş tapşırıqları yerinə yetirəcəklər.

İlk şərhi yaza bilərsiniz

Lütfən, buyurub bir şərh yaza bilərsiniz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Mission News Theme by Compete Themes.