Press "Enter" to skip to content

Təhsil tələbə krediti üçün edilən 57 minə yaxın müraciət rəsmiləşdirilib

Təhsil tələbə krediti üçün edilən 57 minə yaxın müraciət rəsmiləşdirilib

BAYRAQDAR MEDİA – Elm və Təhsil Nazirliyinin (ETN) tabeliyində fəaliyyət göstərən Təhsil Tələbə Krediti Fondunun (TTKF) təhsil tələbə kreditləri (TTK) üzrə 10 iyun tarixinə olan göstəricilərinə əsasən indiyədək 70 minə qədər müraciətdən 57 minə yaxını rəsmiləşdirilərək gənclərin təhsilə çıxışı təmin olunub.

Bu haqda xəbər BAYRAQDAR MEDİA-ya ETN-in mətbuat xidmətindən daxil olub.

Xəbərdə bildirilir ki, “həmin kreditlərin 35 faizi sosial, 65 faizi isə standart TTK üzrədir. Qızların ümumi rəsmiləşdirilmiş kreditlər üzrə 62 faizlik paya sahib olması, eyni zamanda, sosial həssas qrupların təhsilə əlçatanlığının təmin edilməsi dövlətin təhsildə əhatəlilik prinsipinə sadiqliyini bir daha nümayiş etdirir. Bu barədə elm və təhsil nazirinin müavini Kənan Kərimzadə qeyd edib ki, Fondun vəsaitləri hesabına təhsil almış və geri ödənişi başlayan məzunların əksəriyyəti rəsmi müqavilə əsasında əmək fəaliyyətinə cəlb olunub: “Bu gün gənclərin təhsilə əlçatanlığı təmin olunur, işəgötürənlər isə kredit öhdəliyi olan gənclərə layiqli iş yerləri təklif edir və beləliklə, qarşılıqlı fayda doğuran əmək bazarı formalaşır. Sevindirici haldır ki, geri ödənişə başlayan 5 min 379 məzunun 73 faizi rəsmi əmək fəaliyyəti ilə məşğuldur. Ən çox TTK rəsmiləşdirilmiş ali təhsil müəssisələri üzrə göstərici Azərbaycan Dövlət İqtisad Universitetində 83 faiz, Azərbaycan Texniki Universitetində 82 faiz, Gəncə Dövlət Universitetində isə 59 faizdir””.

K.Kərimzadə əlavə edib ki, eyni zamanda, “Biznesin idarə edilməsi” ixtisası üzrə məzunların 85 faizi, “Azərbaycan dili və ədəbiyyatı müəllimliyi” üzrə 52 faizi, “İqtisadiyyat” ixtisası üzrə isə 75 faizi işlə təmin olunub: “Bu rəqəmlər göstərir ki, dövlətin təhsilə dəstəyi ilə formalaşan gənclər əmək bazarına uğurla inteqrasiya olunur. Onu da qeyd edim ki, cari tarixə TTK almış və məzun olmuş ümumi tələbə sayı 9 minə yaxındır. Geri ödəmə dövrü başlamayan məzunlar isə hazırda ilkin müqavilə şərtlərinə və Qaydaya uyğun olaraq güzəşt, onlardan bəziləri isə möhlət dövründədir”.

İlk şərhi yaza bilərsiniz

Lütfən, buyurub bir şərh yaza bilərsiniz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Mission News Theme by Compete Themes.