Son yeniləmə: 12 İyun 2025
Bayram günlərində təcili tibbi yardım xidmətinə 8 minədək müraciət daxil olub
BAYRAQDAR MEDİA – Qurban bayramı ilə əlaqədar qeyri-iş günlərində Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzi gücləndirilmiş iş rejimində çalışıb.
Bu barədə BAYRAQDAR MEDİA-ya Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) məlumat verilib.
Bildirilib ki, “bayram günlərində 103 Çağrı mərkəzinə Bakı şəhəri üzrə 7 min 872 çağırış daxil olub. Ən çox çağırış isə iyunun 8-də qeydə alınıb. Həmin gün müvafiq göstərici 2 min 35 olub. 797 nəfər müvafiq tibb müəssisələrinə təxliyə edilib. Digərlərinə çağırış ünvanında ilkin tibbi yardım göstərilib.
Müraciətlər əsasən arterial təzyiq, kardioloji problemlər, halsızlıq və müxtəlif növ travmalarla bağlı olub”.





