Press "Enter" to skip to content

Bakıda 2-ci Türk Ticarət Sərgisi keçirilir

KOBİA-nın stendi

BAYRAQDAR MEDİA – Bakı Ekspo MərkəzindəTürk Dövlətləri Ticarət və İnvestisiya Əməkdaşlıq Forumu və Sərgisi – 2-ci Türk Ticarət Sərgisi keçirilir. Tədbir türk dövlətləri arasında ticarət, investisiya və texnologiya sahələrində əməkdaşlığın gücləndirilməsi, yeni işgüzar əlaqələrin qurulması və satış imkanlarının genişləndirilməsi yolu ilə bizneslərin inkişafına dəstək göstərilməsi məqsədilə təşkil olunub.

Bu barədə BAYRAQDAR MEDİA-ya Kiçik və Orta Biznesin İnkişafı Agentliyindən (KOBİA) məlumat verilib.

Bildirilib ki, “sərgidə Azərbaycanla yanaşı, Qazaxıstan, Qırğızıstan, Türkiyə, Özbəkistan, Macarıstan, Türkmənistan, Şimali Kipr Türk Respublikasından olan şirkətlərin məhsul və xidmətləri sərgilənir. Forum-sərgi KOBİA və İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin tərəfdaşlığı, Kiçik və Orta Biznes Subyektləri və Klublarının Assosiasiyası (KOBSKA) və Türkiyənin “Rok Expo” şirkətinin təşkilatçılığı ilə keçirilir”.

Məlumata görə, mikro və kiçik sahibkarlıq subyektlərinə dəstək məqəsdilə KOBİA sərgidə xüsusi stendlə təmsil olunur: “Agentliyin stendində 10-a yaxın KOB subyektinin əl işləri, Qarabağ abidələrini əks etdirən keramik sənət nümunələri, məntiq oyunları, alkoqolsuz içkilər, parfüm, tekstil məhsulları, bağ və ev dekorları, gigiyenik vasitələr, kərə yağı və s. məhsul və xidmətlər nümayiş etdirilir. Agentliyin stendində sosial baxımdan həssas kateqoriyaya aid şəxslərin məhsulları da sərgilənir.Məqsəd yerli KOB-ların məhsullarının xarici bazarlara, o cümlədən Türk dövlətlərinə ixracına, onların müvafiq ölkələrlə biznes əlaqələrinin qurulması və genişləndirilməsinə dəstək olmaqdır”.

Qeyd edilib ki, forum-sərgi iyunun 12-dək davam edəcək. Forumda “Türk dövlətləri iqtisadiyyatı”, “Türk dövlətlərində kənd təsərrüfatı ticarəti və imkanları”, “Kommersiya mübahisələrinin həllində arbitraj və mediasiya”, “Türk dövlətlərində rəqəmsal ticarət”, “Türk dünyası biznes qadınları zirvəsi”, “Akademik istiqamətlər”, “Startaplar və investisiyalar”, “Türk dünyasında medianın gücü” mövzularında panel müzakirələr təşkil olunacaq: “Sərgi hissəsində isə 35-ə yaxın sahə üzrə, o cümlədən ticarət, enerji, “yaşıl iqtisadiyyat”, turizm, rəqəmsallaşma və s. sahələr üzrə məhsullar və qabaqcıl texnologiyalar nümayiş etdirilir”.

İlk şərhi yaza bilərsiniz

Lütfən, buyurub bir şərh yaza bilərsiniz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Mission News Theme by Compete Themes.