BAYRAQDAR MEDİA – İraqın Baş naziri Məhəmməd Şiya əs-Sudani Kərkükə rəsmi səfər edəcək.
Bu barədə Türkmeneli TV məlumat yayıb.
Bildirilib ki, “İraq Türkmən Cəbhəsinin (ITC) başqanı Mehmet Səman Ağa Türkməneli TV-də qonaq olduğu “Xüsusi Görüş” proqramında Baş nazir Məhəmməd Şiya əs-Sudaninin yaxın günlərdə Kərkükə səfər edəcəyini açıqlayıb. Ağanın sözlərinə görə, bu səfər çərçivəsində Baş nazir Sudani yerli idarəetmədə seçkiləri qazanan bütün siyasi qüvvələrin iştirakı ilə bağlı təşəbbüs irəli sürəcək”.





