Press "Enter" to skip to content

“Cyprus Constructions” 30 illik yerli və milli bir şirkətdir

Mustafa Tezel

Mustafa Tezel: Ümid edirik ki, Türkiyə ilə KKTC arasındakı iqtisadi əlaqələrin davamı olaraq Azərbaycan şirkətləri və iş adamları ilə də gözəl əməkdaşlıq edəcəyik

BAYRAQDAR MEDİA – “Öncəliklə onu qeyd edim ki, biz bu sərgidə iştirak etməklə həm gözəl Azərbaycanla, onun paytaxtı Bakı ilə tanış olduq, həm də sərgidə iştirak edən digər türk dövlətlərinin şirkətləri ilə, istehsalçıları ilə də tanış olmaq imkanı əldə edirik”.

Bunu BAYRAQDAR MEDİA-ya özəl açıqlamasında Baku Expo Mərkəzində keçirilən II Türk Ticarət Sərgisində iştirak edən “Cyprus Constructions” inşaat şirktəinin satış koordinatoru Mustafa Tezel dedi.

O, qeyd etdi ki, təmsil etdiyi şirkət KKTC-nin tam milli şirkətidir: “30 illik yerli və milli bir firmayıq. Bu günə kimi KKTC-yə sədaqətlə xidmət etmişik. Bu məsələdə də direktorumuz Sali Kayım bəyin mühüm rolu olub. O, ölkəsini çox sevən, milli dəyərlərə sadiq olan bir şəxsiyyətdir”.

M.Tezel bildirdi ki, hazırda KKTC-də dünyanın fərqli konseptlərinə uyğun inşaat işləri həyata keçirirlər: “Qeyd edim ki, Azərbaycandan iş adamları tez-tez qonağımız olur. Biz onlarla əməkdaşlıq imkanlarını müzakirə edirik. Bu sərgi çərçivəsində də yeni imkanların meydana çıxacağını düşünürük. Düzdür, KKTC-yə tətbiq edilən haqsız embarqolara görə hələ tam şəkildə iqtisadi əlaqələr qura bilmirik. Ancaq ümid edirik ki, Türkiyə ilə KKTC arasındakı iqtisadi əlaqələrin davamı olaraq Azərbaycan şirkətləri və iş adamları ilə də gözəl əməkdaşlıq edəcəyik. Çünki biz bir millət üç dövlət olaraq hər zaman birlikdə addım atmalıyıq”.

İlk şərhi yaza bilərsiniz

Lütfən, buyurub bir şərh yaza bilərsiniz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Mission News Theme by Compete Themes.