BAYRAQDAR MEDİA – Fövqəladə Hallar Nazirliyinin (FHN) Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyi tərəfindən səlahiyyətləri çərçivəsində respublika ərazisində qanunsuz tikintilərlə bağlı müvafiq tədbirlərin həyata keçirilməsi davam etdirilir.
Bu haqda xəbər BAYRAQDAR MEDİA-ya FHN-in mətbuat xidmətindən daxil olub.
Xəbərdə deyilir ki, “İmişli Rayon İcra Hakimiyyəti tərəfindən rayonun Cavadxanlı kəndi ərazisində fiziki şəxs Feyzullayev Rəcəb Qara oğlu tərəfindən qanunsuz tikinti işlərinin aparılması faktı aşkar edilərək bu barədə müvafiq tədbirlərin görülməsi məqsədilə FHN-nə müraciət edilib. Müraciət əsasında FHN-in sözügedən Agentliyi tərəfindən İmişli Rayon İcra Hakimiyyətinin nümayəndələrinin iştirakı ilə həyata keçirilən tədbirlər nəticəsində qanunsuz inşa olunan tikili sökülüb”.
İlk şərhi yaza bilərsiniz