Press "Enter" to skip to content

“Elm və təhsilə birgə baxış” layihəsi çərçivəsində BANM-da görüş

“Elm və təhsilə birgə baxış” layihəsi çərçivəsində BANM-da görüş

BAYRAQDAR MEDİA – Elm və Təhsil Nazirliyinin (ETN) “Elm və təhsilə birgə baxış” layihəsi çərçivəsində nazirliyin Elm, ali və peşə təhsili şöbəsinin rəhbərliyi və əməkdaşlarının iştirakı ilə Bakı Ali Neft Məktəbində (BANM) ali təhsil sisteminin inkişaf perspektivlərinə dair görüş keçirilib.

Bu haqda xəbər BAYRAQDAR MEDİA-ya ETN-in mətbuat xidmətindən daxil olub.

Xəbərdə deyilir ki, “görüşdə BANM-in rəhbərliyi, professor-müəllim və inzibati heyəti, eləcə də bir qrup tələbə və məzun iştirak edib. Görüşün əsas məqsədi ali təhsildə mövcud problemlərin, onların həlli yollarının və gələcək inkişaf istiqamətlərinin geniş müzakirəsi olub. Görüş zamanı ali təhsildə idarəetmənin səmərəliliyinin artırılması, tədris proqramlarının müasir tələblərə uyğunlaşdırılması və qanunvericilik bazasının təkmilləşdirilməsi ilə bağlı fikir və təkliflər səsləndirilib”.

Ardınca xəbərdə, “görüş iştirakçıları ETN-in bu təşəbbüsünü yüksək qiymətləndirib, belə formatda keçirilən görüşlərin ali təhsil müəssisələrinin inkişafında böyük rol oynadığını bildiriblər. Görüş çərçivəsində BANM-in rektoru Elmar Qasımov qonaqları ali təhsil müəssisəsinin maddi-texniki bazası, müasir laboratoriyaları və tədris imkanları ilə tanış edib, praktiki hazırlığın gücləndirilməsi istiqamətində görülən işlər barədə ətraflı məlumat verib” deyə bildirilir.

İlk şərhi yaza bilərsiniz

Lütfən, buyurub bir şərh yaza bilərsiniz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Mission News Theme by Compete Themes.